Yar alan könül
Qəm-qüssədən uzaq olur həmişə,Qəlbini nazənin yar alan könül.Bir mina gərdənli, Züleyxa misal,Dərd qanan, vəfalı yar alan könül.
Əzəl gündən yaranıbsa cəfadan,Üzə salma yar çəkdirsə cəfa, dan.Kim inciyər yar yolunda cəfadan,Təki yar əlindən yaralan, könül.
Məmmədhüseyn, at qüssəni, şad dolan,Qocalarmı ömrü boyu şad olan.Bir hurinin vüsalını şad ol, an,Solmaz gül camallı yar olan könül.
Kitabxana.az · https://kitabxana.az/works/sair-memmedhuseyn-yar-alan-konul
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Var-dövlət dediyin bir əl çirkidi,Çox da qürrələnib öyünmə, Hacı.
Haçan gəlirsənBaşına döndüyüm gül üzlü oğul,Oğul, söylə görüm, haçan gəlirsən?
Haqdan peyğəmbərə salamAlimlər qövmüynən arifi aqil,Peyğəmbər mehraca dörd dəfə getdi.
XanımAtan köpək saldı məndən aralı,Astadan göz yaşın süzdürən xanım.
Başqa şairlərin şeirləri · Eşq
Mən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Çəməndə naləni ögrəndi mürğani-çəmən məndənÇəməndə naləni ögrəndi mürğani-çəmən məndən,Qəmalud olmağı kəsb etdi bərgi-yasəmən məndən.
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.