Başına döndüyüm gül üzlü oğul,Oğul, söylə görüm, haçan gəlirsən?Gecə-gündüz həsrətini çəkirəm,Oğul, söylə görüm, haçan gəlirsən?

Sana gəlməz günüm, gedir ömürdən,Namərd didar edib məni elimdən.Bu sinnidə ayrılmışam gülümdən,Oğul, söylə görüm, haçan gəlirsən?

Susanmıram, var-dövlətim alıblar,Şahmar kimi ürəyimdən çalıblar.Məmmədhüseyni yaman oda salıblar,Oğul, söylə görüm, haçan gəlirsən?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri