Axund Əsgərlə deyişmə
Axund ƏsgərSəndən xəbər alım, ay əmri maarif,O, nə idi ərşdən araya gəldi?Kimiydi meydanda durdu, çağırdı,O, nə idi mindi oraya gəldi?
MəmmədhüseynHaqq özü əmr etdi Məhəmməd üçün,Qurani-lətifdi araya gəldi.Salsaldı meydanda durdu çağırdı,Əli Düldül ilə oraya gəldi.
Axund ƏsgərKim idi dünyanı bir qərəl bildi?Kim idi səhrada gəzirdi buldu?Kimiydi buyurdu, kimiydi endi?Kimiydi yanınca oraya gəldi?
MəmmədhüseynVəssalam dünyanı bir qərəl bildi,Talibdi səhrada gəzirdi buldu.Haqq-taala əmr etdi Cəbrayıl endi,Salam da yanınca oraya gəldi.**Axund Əsgər**Mən Axund Əsgərəm, oxuram billah,Ayətəl Quranı Səmədülillah.Söylə nədən zöhr olundu Seyfullah,Onlar hardan çıxdı oraya gəldi?
MəmmədhüseynŞair Məmmədhüseynəm, oxuram billah,Ayətəl Quranı Səmədülillah.Bir almadan zöhr olundu Seyfullah,Düldül daşdan çıxdı oraya gəldi.
Kitabxana.az · https://kitabxana.az/works/sair-memmedhuseyn-axund-esgerle-deyisme
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Özünü öymürBulaq nəğmə deyir,sözünü öymür.
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
Ey sitəmkar məni rüsvayi-cahan eyləmisənEy sitəmkar məni rüsvayi-cahan eyləmisənGözümün yaşını çün Dəclə ravan eyləmisən.