Ey sitəmkar məni rüsvayi-cahan eyləmisənGözümün yaşını çün Dəclə ravan eyləmisən.

Həmnişin eyləmisən düşməni, ey mayeyi-nazRəşkdən canım alıb bağrımı qan eyləmisən.

Gün kimi arizinə zülfi-çəlipanı salıbGünü gör, əbru-siyah altda nihan eyləmisən.

Nazilə, işvə ilə seyr eləyib gülzanGöstərib möcüzə sən sərvi-rəvan eyləmisən.

Bir canım var idi, ey şux ki, aldın o zaman,Özgə can dəxi bu bikəsdə güman eyləmisən.

Qaşların taği-sitəm almış ələ, kipriyin ox,Öldürürsən məni, nahaq yerə qan eyləmisən.

Neçin ey şux niqabın götürübsən üzdən,Ruyi-xurşidvəşi xalqa əyan eyləmisən.

Almısan ağlımı sərdən mənim, ey afəti-canQəddimi möhnəti-hicrində kəman eyləmisən.

Məqtə — şairin təxəllüsü olan son beyt. Həsrəti vəslin ilə, ey mahi-mən, HeyranıBaşı yerdə, gözü yolda nigaran eyləmisən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq