Bir namə yazım, badi-səba yarə yetirsin
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Bir namə yazım, badi-səba yarə yetirsin,Şərhi-qəmimi ol büti-xunxarə yetirsin.
Hicran ələmi saldı ayaqdan məni-zari,Daruyi-vüsali mənə bir çarə yetirsin.
Səbrim kəsilib, yar mənim canımı alsın,Ya şad eləsin vəsl ilə, didarə yetirsin.
Dünyadə və üqbadə görüm mətləbə yetsin,Hər kəs məni ol yari-vəfadarə yetirsin.
Bir yol verin, ey möhnəti-hicran ki, pəyamımTa badi-səba ol gülü gülzarə yetirsin.
Yüz həsrət ilə bu dili-hicranə giriftar,Əzm etdi, özün ol güli-bixarə yetirsin.
Yüz niş ilə səddi-rəb olub xari-sitəmkar,Qoymadı özün ol gülə biçarə yetirsin.
Gəl tanrı üçün bunca sitəm eyləmə izhar,Qoy yarə özün bu dili-avarə yetirsin.
Məqtə — şairin təxəllüsü olan son beyt. Bikəsliyimə rəhm eləsin xaliqi-biçün,Heyrani o şəhbazə digər-barə yetirsin.
Kitabxana.az · https://kitabxana.az/works/heyran-bir-name-yazim-badi-seba-yare-yetirsin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Seyr edin, gərdəni minaya baxın,Sərimi saldı nə sevdaya baxın.
Oldu, ya rəbb, həlak insanlarOldu, ya rəbb, həlak insanlar,Suvarıb torpağı qızıl qanlar.
Olubdu qəm yatağı, şad gördüyün könlümOlubdu qəm yatağı, şad gördüyün könlümDağıldı qüssədən, abad gördüyün könlüm.
Ya rəb, kərəm et, ol büti-məhparə qayıtsınYa rəb, kərəm et, ol büti-məhparə qayıtsın,Bir rəhm eləsin bu dili-bimarə, qayıtsın.
Başqa şairlərin şeirləri · Eşq
Bilmədim, uydum şu məcnun könlümün fəryadinə,Eşqə dil verdim, bəladən başqa bir şey görmədim.
Ey bivəfa, qoyubsan əcəb qalə tək məniEy bivəfa, qoyubsan əcəb qalə tək məni,Hicran odun əhatə edib halətək məni.
زاهد چه سازم با چشم و ابروآن ناوکافکن این سختبازو
Qaşların kamanilə sən ox vurdun qəlbiməQaşların kamanilə sən ox vurdun qəlbimə,Sinəmdən keçib batdı yaralı qəlbimə.