Ya rəb, kərəm et, ol büti-məhparə qayıtsın
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ya rəb, kərəm et, ol büti-məhparə qayıtsın,Bir rəhm eləsin bu dili-bimarə, qayıtsın.
Bu dil ki ona mənzil idi, oldu xərabə,Əzm etsə əgər yar, dəxi harə qayıtsın?
Şanə çəkibən çin-çin els, sal üzə zülfün,Qüllab kimi ucları rüxsarə qayıtsın.
Mürği-dili-zarim genə avarə qalıbdır,Zülfün xəmin aç, ta ki bu avarə qayıtsın.
Gəl rəhm elə, qoy aşiqi bir yarə yetişsin,Ərzin eləsin ol büti-xunxarə, qayıtsın.
Çün kövkəbi-bəxtim yetişib nəhs məqamə,Bir əmr elə, ta sabitü səyyarə qayıtsın.
Məqtə — şairin təxəllüsü olan son beyt. Əhd et, edəsən canüvi sən sidq ilə qurban, Heyran!Yar əgər bir də bu gülzarə qayıtsın.
Kitabxana.az · https://kitabxana.az/works/heyran-ya-reb-kerem-et-ol-buti-mehpare-qayitsin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey sitəmkar məni rüsvayi-cahan eyləmisənGözümün yaşını çün Dəclə ravan eyləmisən.
Əsiri-möhnəti-hicran mənəm, mənƏsiri-möhnəti-hicran mənəm, mən,Qəribü zarü sərgərdan mənəm, mən.
Seyr edin, gərdəni minaya baxınSeyr edin, gərdəni minaya baxın,Sərimi saldı nə sevdaya baxın.
Oldu, ya rəbb, həlak insanlarOldu, ya rəbb, həlak insanlar,Suvarıb torpağı qızıl qanlar.
Başqa şairlərin şeirləri · Eşq
Nazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
Sən getdinSən mənim yazıma birinci yağış,Sən mənim qışıma sonuncu qardın.
Ey könülTa keçəl-küçəllər oldu imdi yarın, ey könül!Qarə oldu yar əlində ruzigarın, ey könül!