Seyr edin, gərdəni minaya baxın
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Seyr edin, gərdəni minaya baxın,Sərimi saldı nə sevdaya baxın.
Zülfü mişkini salıb arizinə,Gün küsuf eyləyib, ol ayə baxın.
Can alar qaşı, tökər kipriyi qan,Mərhəba, ol oxa, ol yayə baxın.
Qəmzəsi qanlar içib məst olubCan alan nərgizi-şəhlayə baxın.
Əksi-mey çöhrəsini al qılıbAçılıb ol güli-həmrayə baxın.
Gör, bənövşə açılıb, ya ki, salıbXətti gül arizinə sayə, baxın.
Bükübən qamətimi dal eləyibSərv tək ol qədi-rənayə baxın.
Məqtə — şairin təxəllüsü olan son beyt. Hicri ol mahiruhun HeyranıSaldı Məcnun kimi səhrayə, baxın.
Kitabxana.az · https://kitabxana.az/works/heyran-seyr-edin-gerdeni-minaya-baxin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Oldu, ya rəbb, həlak insanlar,Suvarıb torpağı qızıl qanlar.
Olubdu qəm yatağı, şad gördüyün könlümOlubdu qəm yatağı, şad gördüyün könlümDağıldı qüssədən, abad gördüyün könlüm.
Ya rəb, kərəm et, ol büti-məhparə qayıtsınYa rəb, kərəm et, ol büti-məhparə qayıtsın,Bir rəhm eləsin bu dili-bimarə, qayıtsın.
Yetişib müjdeyi-canbəxş ki, canan gəliriYetişib müjdeyi-canbəxş ki, canan gəliriCanibi-gülşənə ol sərvi-xuraman gəliri.
Başqa şairlərin şeirləri · Mey və meyxana
Əhdi-peymanında dayanan yarın,Şəninə Minada quzu qurbandı.
Ol saqi misalMəcazı-məclisə, təri-təcnisə,Dolandır saqini, ol saqi misal.
Ay ağaDindirməyin halı müşgül olmuşam,Fələk məni başdan salıb ayağa.
Gəl çəkmə cahan qeydini sən, can belə qalmazGəl çəkmə cahan qeydini sən, can belə qalmaz,Qan ağlama çox, dideyi-giryan belə qalmaz,