Məcazı-məclisə, təri-təcnisə,Dolandır saqini, ol saqi misal.Yar dəstində nuş elərəm, acısa,Doldur stəkana, olsağını sal.

Arif üç hərf ismə sayə tez tapar,Ruhum irəhmindən saya tez tapar.Yaram şəfalanıb saya tez tapar,Zülfündən üstümə ol saqini, sal.

Beyvəfadı - gördüm yarı yandırar,Yarıb bağrım bütün yarı yandırar.Eşqin rəhm eləməz, yarı yandırar,Qurbanı öldürsə ol saqini sal.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq