Düz sözün keçməz isbata,Yoxsul, səbəb: varın yoxdur.Möhtacam ulağa, ata,Deyir, xeyir-karın yoxdur.

Şirindi dünyanın malı,Aqibət gör kimə qalı?!Mətahın dürdən bahalı,Neynim, xiridarın yoxdur.

Qurban, dostu-qonağımız,Hanı eyvan-otağımız?Pozulub bağça-bağımız,Alma, heyva, narın yoxdur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri