Qəmli könül şad olarmı?Əlbət dərdi-məlalı var.Yıxıbsan, abad olarmı?Canım xəstə, nə halı var.

Kəklik, kətanın Gülgəzin,Bənövşə, qönçə nərgizin.Səndə bir bax, hansımızın,Yaxşı boyu, sığalı var?

Ya çoxumdu, ya azımdı,Sizə bu can niyazımdı.Demək mənə nə lazımdı:Arif bilər - kamalı var.

Duran gözəlllər şahının,Küllü-aləm pənahının.Şamaxının, Sürahının,Səndən doğru sualı var.

Ariflər söz deməz naşı,Tanıyar gövhəri-qaşı.Sağ olsun qohum-qardaşı,Nə ki, eli-mahalı var.

Söylə, baxım haralısan,Nə möhnətli, yaralısan?Hansı yola varalısan?Dur get, bizdən aralı var.

Qalan payı bəstənizdə,Düşən mənəm xəstəniz də,Sürbənizdə, dəstənizdə,Qurban ovçu, maralı var.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət