Yaxşıdı
İnsana mərhəmət ola kəramət,Baxtıla fərasət, kamal yaxşıdı.Kişi atasının öz oğlu gərək,Loxmadan, nütfədən halal yaxşıdı.
Tut nəzərdə sən bu çərxi-gərdişi,Gecəli-gündüzlü yazınan qışı,Arif olan özü bilər bu işi,Eləmək dərindən xəyal yaxşıdı.
İnsan oğlu, mütləq inan, yəqin bil,Mötəbər həqiqət əfsanə deyil.Firqeyi-şeytana nəsihət deyil,Təsir etməz zurna, qaval yaxşıdı.
Dağıtma fikrini, itirmə huşu,Məhək seçər qəlpi, qızıl, gümüşü.Tamahkar sənətkar, bədnəzər qonşu,Heç deməz: camaat, mahal yaxşıdı.
Qurban, yaz nəsihət, yadigar, ustad,Yaxşını, yamanı eyləyir isbat.Vicdansız kişiyə həyasız arvad,Deyir: zəhmət pisdi, sığal yaxşıdı.
Kitabxana.az · https://kitabxana.az/works/agdabanli-qurban-yaxsidi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qələm, sən arifə söylə qanalar,Baxıb camalına, ay nə gətirdi.
Çatha çatNə yatırsan, aç didarın, de: hasil,Gəldi əcəl, yetdi sənə çatha çat.
Daldala sin-sinSədası, ləhcəsi nə şirin əsəl,Səs çəkər - qaqqıldar daldala, sin-sin.
Dal əyər-əyərDiqqətindən nəzər yetir sərasər,Gələrsə təcnisə, dal əyər-əyər.
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Bir zaman millətimiz alim idi,Bilmirəm noldu ki, yatdı əbədi.
Bəxtsiz rəfiqəməIEy məni çulğalayan dərd, nədən
BayatılarDüz dağlar, əyri dağlar,Düzəlməz əyri dağlar,
Zəmanədən şikayətFəsad ilə dolu göylər edərkən tərsinə dövran,Tükənməz qəmdən olmuşdu könül-dərdli, ürək-nalan.