Daldala sin-sin
Sədası, ləhcəsi nə şirin əsəl,Səs çəkər - qaqqıldar daldala, sin-sin.Dərs alan dərk eylər sinayəsinə,Dahanda dəndənin dal-dala sin-sin.
Saildi sərində sədaqə sinə,Aydır işıq salan sədaqəsinə.Alnında telinin sədaqəsinə -Aşiqi sədrində daldala, sin-sin.
Qurban, xəstə dilin narə tez yetir,Sızıldar, çəkər ah, narə, tez yetir.Xaini səqərə, narə, tez yetir,Hərcayının sirrin daldala, sin-sin.
Kitabxana.az · https://kitabxana.az/works/agdabanli-qurban-daldala-sin-sin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Şurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
Eylədi vəsf könül arizi-cananı qələtEylədi vəsf könül arizi-cananı qələt,Oxudu tifl bu məktəbdə “Gülüstan”ı qələt.
Ənbərin buyu əgər dolmuş o geysulərdəƏnbərin buyu əgər dolmuş o geysulərdə,Belə xoş buy dəxi olmaz o xoşbulərdə.
Tarı bilsin, hicr bizar eyləyib candan məniTarı bilsin, hicr bizar eyləyib candan məni,Ey əcəl, imdad qıl, qurtar bu hicrandan məni.