Təcnis: Rəxtin al geyimiş bağçaya gedir
Rəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,Bülbül sayrıyıb bağ sarı gedir,Üzünə tutubdur buta bağları
Sevdiyim atlandı tərsəməni gör,Açıldı bağların tərsəməni gör,Elədi axırda tərsəməni gör,Şeyx Sənan tək buta bağları
Niyazməndəm üzün yarın görəndə,Bayquşlar çığrışır yarın görəndə,Ağlar həsrət gözüm yarın görəndə,Bulur bir dəm tutsa buta bağları
Cananıma deyin, canıma gəlsin,Təşnəni göndərsin, canıma gəlsin,At tir oxların, canıma gəlsin,Kəmandarsan gözlə buta bağları
Bizə cövr elədi qəlbi üzündən,Qal desə qalarıq qəlbi üzündən,Dosti der: görəsən qəlbi üzündən,Boynuma salıbsan buta bağları
Kitabxana.az · https://kitabxana.az/works/dosti-xanim-tecnis-rextin-al-geyimis-bagcaya-gedir
Başqa şairlərin şeirləri · Eşq
Gəl ey badi-səba, söylə dilimdən şəm tək yarə,Qıl əfğan, ağla, şərh elə ki bəsdir yandım odlarə
Yar məniBir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,
DilbərEy yüzü gül, ləbi qönçəSiyah zülfü rəsən dilbər
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm