Gəraylı: Ey ağalar, bu gözəldən
Ey ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,İqrar vermişdi əzəldən,Mən dönərəm, könül dönməz
Alıcı laçın dövr eylər,Artar yaralar qövr eylər,Hər dəm mənə cövr eylər,Mən dönərəm, könül dönməz
Piyaləni al saqidən,Zülfünü yüzə dağıdan,Dili dost könlü yağıdan,Mən dönərəm, könül dönməz
Mənsur tək asıldım dardan,Qurtarmadım ah ü zardan,Qulu deyir bivəfa yardan,Mən dönərəm, könül dönməz
Kitabxana.az · https://kitabxana.az/works/qulu-el-sairi-gerayli-ey-agalar-bu-gozelden
Başqa şairlərin şeirləri · Eşq
Saqinin
Varmı mənim kimi bir qanı dolmuş,Eyşin qurmuş otağında saqinin.
Zülm etsə mənə çörəkçi dilbər hərgahKin ilə deyil, naz ilə eylər gah-gah.
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Çığalı müxəmməsƏğyarı gəl ey dost, kənar et səni Tarı,Bir rəsmi-pəsəndidə şiar et səni Tarı,