Çığalı müxəmməs
Əğyarı gəl ey dost, kənar et səni Tarı,Bir rəsmi-pəsəndidə şiar et səni Tarı,Bir yanma lütf ilə güzar et səni Tarı,Bir ləhzə kənarımda qərar et səni TarıBimünis ü zarəm,Dil xəstə fikarəm,Bisəbr ü qərarəm,Mən aşiqi-zarəm,Fikri-dil bu aşiqi-zar et səni Tarı
Hər nakəsi bilmə özgə aşiqi-sadiq,Həmsöhbət üçün tap özgə yar müvafiq,Həmcins gərəkdir ola həmcinsə mütabiq,Nacins ilə söhbət sənə ey dost nə layiqSən bir büti-ziba,Sən bir gül-i rə'na,Məşuqi-dilara,Yoxdur sənə həmta,Bir rəsmi-pəsəndidə şiar et səni Tarı
Et nuş mey ü mehri-vəfa cami-səfadən,Gəl ülfətini kəsmə gələn əhli-vəfadən,Guş et sözümə, çək əlini cövrü-cəfadən,Əndişə qıl ey tacisərim, qəhri-XudadənSərvərlərə sərvər,Bir lütfünü göstər,Ey şux, sitəmgər,Bəsdir bu cəfalər,Bir yanma lütf ilə güzar et səni Tarı
Yüz xanəi-zərrin ola sənsiz nə səfası,Yüz mənzili-müşkin ola sənsiz nə səfası,Yüz qönçeyi-rəngin ola sənsiz nə səfası,Yüz bəzmi-xoşayin ola sənsiz nə səfasıEy zinəti-aləm,Ey xəlqi-mükərrəm,Ey şahi-müəzzəm,Fəryad ki bir dəm,Bir ləhzə kənarımda qərar et səni Tarı
Gəl etmə məni dərdü-qəmi-hicrə giriftar,Sənsiz çəkərəm ah, ciyər suz, şərərbar,Öldürmə məni hicrilə ey şux sitəmkar,Əlqissə mənəm Zakir, dilxəstəi-bimarEy nadiri-dövran,Mən bəndeyi-fərman,Qıl dərdimə dərman,Gəl gəl sənə qurban,Fikri-dil bu aşiqi-zar et səni Tarı
Kitabxana.az · https://kitabxana.az/works/sekili-molla-qasim-zakir-cigali-muxemmes
← → düymələri ilə keçid, R — təsadüfi şeir