Gəlində zühura nuri-təcəlla,Camalın tək münəvvər olmazGərdun hikmətindən çıxan aftabZərrəcə sənə bərabər olmaz

Mehrü məh fələkdə var isə hər çənd,Zinəti-ruxsarın onlardan bihəd,Səfheyi-ruyində xali-zəbərcəd,Hər bəni-Adəmə müyəssər olmaz

Kəmahi hüsnünə yetmədi idrak,Afəti-çeşmindən oldum xofnak,Ey gözü cəllad, şahi-qəzəbnak,Sən kimi Zakirə sitəmkər olmaz

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri