Səkənəm qürbətdi, ismim filankəs,Bü gün gördüm canan gəzən yerləri.Halım pərişandı, könlümdü şikəst,Yenə gəldi mənə eşqin əsəri.

Bir yerdə olmasa güllə gülüstan,Fəğan eylər ordan bülbül hər zaman,Behiştdə olmasa huriyi-qılman,Ləziz olmaz onun abi-kövsəri.

Bildir bu yer idi cənnəti-ələm,Bu il firəvandı möhnət ilə qəm,Həqir oldu Dilqəm, görmədi həmdəm,Ziba sənəm burdan gedəndən bəri.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq