Bir namə yazaram canan elinəƏhvalım canana yetişərmola?Fələk məni tərki-vətən eylədiNazlı yar əhvalım soruşarmola?

Əzəldən müştaqəm tuti dillərə,Müsəlsəl saçlara, siyah tellərə,Axdı eynim yaşı, döndü sellərəYar içən sulara qarışarmola?

O qızılgülləri dərməyən Dilqəm,Dərib, pünhan yerə sərməyən Dilqəm,Bu dünyada yarın görməyən Dilqəm,Ya Rəbb, o dünyada görüşərmola...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq