DilqəmQasidi-bizəval, ərzi-halımı,Cəlallı canana dedin, nə dedi?Mahi-cəbin telli, zülfü-müsəlsəl,Qaşları kamana dedin, nə dedi?

QasidƏrzini söylədim mələkmənzərə,Danışmasın böylə əfsanə dedi.Olmaz məndən ona yari-vəfadar,Dolansa yüz çərxi-zamana dedi.

DilqəmƏzəldən aşığam mən o dilbərə,Qəddi sənubərə, sədri mərmərə,Sinəsi billura, ətri ənbərə,Ləli bədəxşana dedin, nə dedi?

QasidMəni gətirməsin heç vaxt dilinə,Qövsi-qüzeh mən sonanın telinə,Onun kimi naşı sərraf əlinə,Düşməz mənim kimi dürdanə dedi.

DilqəmYar yad oldu məndən biganələr tək,Düşmüşəm çöllərə divanələr tək,Dolannam şamına pərvanələr tək,Yanaram mərdana, dedin, nə dedi?

QasidBelə cavab verdi o mələkzada,Əfsanə ömrünü verməsin bada,Əbəs yandırmasın balların oda,Nə olar şam dada pərvanə dedi.

DilqəmMənə həyat verir dostun vüsalı,Üzündə yandırır həbəşi xalı,İskəndər məsnədli, Hatəm səxalı,Adil Nuşrəvana dedin, nə dedi?

QasidBuyurdu sərdara, neçə sərhəngə,Əmir-üməraya, pişvazi-cəngə,Qul adma satm Hində, Firəngə,Ya atm dəryayi-ümmana dedi.

DilqəmZülfü mürcümlənib, yenib buxağa,Hüsnü zinət verir qəsrə, otağa,Calallı canana, o şəbçirağa,Dilqəmi-xaqana dedin, nə dedi?

QasidBuyurdu mahala, neçə diyara,Qohum-qardaşmı çəkdirin dara,Özü qolubağlı, cismi sədpara,Dilğəmi gətirin zindana dedi.

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq