Ərizə yazaram səba yellənnən,Ərizəm canana yetişirmola?Fələk məni tərki-vətən eylədi,Nazlı yar əhvalım soruşurmola?

Əzəldən aşığam tuti dillərə,Müsəlsəl saçlara, siyah tellərə,Axdı eynim yaşı, döndü sellərə,Yar içən sulara qarışırmola?

O qızıl gülləri dərməyən Dilqəm,Dərib pünhan yerə sərməyən Dilqəm,Bu dünyada yarı görməyən Dilqəm,Yarəb, o dünyada görüşürmola?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq