Dilbər ehtiramla, mərhəmət ilə,Yanıma gəldiyi yadıma düşdü.Bir şirin söz ilə, qaşü-göz ilə,Dərdimi bildiyi yadıma düşdü.

Əndəlib gülündən, kəmər belindən,Ülfət qıl qulundan, danış dilindən,Zülfündən,telindən, nazik əlindən,Göz yaşım sildiyi yadıma düşdü.

Dilqəm tərlanısan, uyma sar ilə,Qızıl gül bülbülə uymaz xar ilə,Bir şirin dil ilə, xoş rəftar ilə,Ucadan güldüyü yadıma düşdü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq