Niyə gəlmədi
Başına döndüyüm, ay Əziz əmi,Getdi, bəs alşanım niyə gəlmədi?Züleyxa camallı, qəddi minalı,Şövkətli sultanım niyə gəlmədi?
Oldum yar yanında mən baxtı qara,Gedən yox, gələn yox, kəsildi ara,Sinəmə vurubdu peykanlı yara,Töküldü al qanım, niyə gəlmədi?
Tutub zülflərini üzünə pərdə,Apardı ağlımı, qoymadı sərdə,Biçarə Dilqəmi salıbdı dərdə,Həkimü loğmanım niyə gəlmədi?
Kitabxana.az · https://kitabxana.az/works/yehya-bey-dilqem-niye-gelmedi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Mən səni gördüm
Əzəldən bağçasız bir bahar idim,Dünyaya sığmayan intizar idim,
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəmBilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
Getdin içəsən badə, xoş adətdir bu!Yar olsan əgər, əhdə sədaqətdir bu.