Arif olan, diqqət elə, fəhm elə,Bir gözəl əlindən belə düşmüşəm.Ağlaram, tökərəm didəmdən yaşı,İndi də mən əldən-ələ düşmüşəm.

Adını deməyə mən eylərəm ar,Üstümü kəsibdi bir bimürvət yar,Quşların tərlanı, xublara zəvvar,Səyyad olub çöldən-çölə düşmüşəm.

Mən Dilqəməm, yandım, yandım, kül oldum,Danışdım, danışdım, mötədil oldum,Gülşənlər içində mən bülbül oldum,Danışıqda dildən-dilə düşmüşəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar