Dəli könül, səndə nələr dolanır
Dəli könül, səndə nələr dolanır,Biri qışdı, biri payız, biri yaz.Üç əlamət gözəllər nişanı,Biri işvə, biri qəmzə, biri naz.
Coşqun çaylar kimi qaynadım, doldum,Hayva tək saraldım, gül kimi soldum.Gedərikən üç gözələ tuş oldum,Biri qarı, biri gəlin, biri qız.
Qürbət eldə kimdi halım soruşan,Ağ üzündə qoşa xal verir nişan.Üç şeydir ki, bu otağa yaraşan,Biri Musa, biri söhbət, biri saz.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-musa-deli-konul-sende-neler-dolanir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bir il də gül açar qarşında bostan.
DağıtsınO cəllad qaşların qəhri, qəzəbiQəsd eylər cismimdən canı dağıtsın.
Məclisi-əğyardə gördüm ki, dün yar əyləşibMəclisi-əğyardə gördüm ki, dün yar əyləşib,Sanki əqrəb bürcünə ol mahi-məhvar əyləşib.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,