Ta cəmalın rütbəsin, ey şux, idrak eylədi,Rəşkdən gülşəndə gül pirahənin çak eylədi.

Ləlinin ta qönçeyi-noxiztək rəngin görübYar yüzin ruxsari-pakın rəşk əflak eylədi.

Əşkim ol gündən gözümdən düşdü kim seylan edibTutiyayi-xaki-payın didədən pak eylədi.

Könlüm ol gündən bənə düşməndi kim səndən səva,Gül tamaşası ani gördüm fərəhnak eylədi.

Olmasaydı vəslin öldürmüşdi hicranın məni,Səmmi-hicri zövq-vəslin məhz-tiryak eylədi.

Məqtə — şairin təxəllüsü olan son beyt. Yusifin ta kim yetirsin kuyinə badi-səba,Atəşi-eşqin vücudin yandırıb xak eylədi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq