Sirri-eşqi demək olseydi, nihan etməz idim
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Sirri-eşqi demək olseydi, nihan etməz idim,Dəxi gizlin bu qədər ahu fəğan etməz idim.
Göz yaşın saxlamaq olsaydı kəsərdim güzərin,Dəxi ruxsarıma, ey sərv, rovan ettməz idim.
Dözmək olsaydı əgər dərdü qəmi-hicranə,Gizlədərdim, onu xəlq içrə əyan etməz idim.
Hasil olsaydı əgər qeyrilə cəmiyyəti-dil,O səri-zülfti-pərişanda məkan etməz idim.
Dolmasın əşk ilə çeşmim, edə bilsəydim əgər,Özümü boş yerə rüsvayi-cahan etməz idim.
Baxa bilsəydim əgər qönçəyə sənsiz, bu qədər,Fikri-ləlinlə dəxi bağrımı qan etməz idim.
Məqtə — şairin təxəllüsü olan son beyt. Bilməsəydim var əgər tiri-məlamət Yusif,Könlümü talibi-əbruyi-kaman etməz idim.
Kitabxana.az · https://kitabxana.az/works/ebdulxaliq-yusif-sirri-esqi-demek-olseydi-nihan-etmez-idim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Könlüm xoş olur ol büti-zibayə baxanda,Vəcd eylərəm ol zülfi-səmənsaya baxanda.
Müsəlsəl zülfdür çin-çin olub dilbər kənarındaMüsəlsəl zülfdür çin-çin olub dilbər kənarında,Və ya ənbər saçılmış yari-siminbər kənarında.
Nihani bəslənir ləlin xəyalı can arasındaNihani bəslənir ləlin xəyalı can arasında,Bəli, can riştəsi vardır, deyirlər, qan arasında.
Ta cəmalın rütbəsin, ey şux, idrak eylədiTa cəmalın rütbəsin, ey şux, idrak eylədi,Rəşkdən gülşəndə gül pirahənin çak eylədi.