Nihani bəslənir ləlin xəyalı can arasında
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Nihani bəslənir ləlin xəyalı can arasında,Bəli, can riştəsi vardır, deyirlər, qan arasında.
Qübari-məqdəmin didəmdə müşküldür məkan tutsun,Nə nisbət var gədayi-məhz ilə sultan arasında.
Gözün tiği-müjənlə tökdülər bir ləhzədə qanım,Vəli, məhv oldu bu qan çeşmilə müjgan arasında.
Camalın nurunu bu hüsnilə dərk eyləməz zahid,O biçarə nə bilsin ki, nə var Quran arasında.
Zəminü asimanda hər qədər fərq olsa, vazehdir,O qədri var məsafət zöhd ilə ürfan arasında.
Tikandan gül çıxar, adət budur, amma nə nisbət varNəzərdə xar ilə ol qönçeyi-xəndan arasında.
Məqtə — şairin təxəllüsü olan son beyt. Əgər keyfiyyəti-mey, cəzbəyi-eşq olmasa, Yusif,Təfavüt bəs nədir insan ilə heyvan arasında?
Kitabxana.az · https://kitabxana.az/works/ebdulxaliq-yusif-nihani-beslenir-lelin-xeyali-can-arasinda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çəməndə naləni ögrəndi mürğani-çəmən məndən,Qəmalud olmağı kəsb etdi bərgi-yasəmən məndən.
Ey güli-tər, məni xar eyləmədinmi? ElədinEy güli-tər, məni xar eyləmədinmi? Elədin.Şöhreyi-xürdü kübar eyləmədinmi? Elədin.
Hər kəsdə kəmal olmasa ürfanlığa dairHər kəsdə kəmal olmasa ürfanlığa dair,Nitq edə gərək bisərü samanlığa dair.
Kimdir ki, verməsin könül əbrukəmanlaraKimdir ki, verməsin könül əbrukəmanlara,Dil verməmək mahaldı bu dilsitanlara.
Başqa şairlərin şeirləri
Salubdı indi nəzərdən, gedüb, o yar məni,Edübdi möhnətü dərdi-ğəmə düçar məni.
AğlaramÇərx fələk çəkdin qəza qılıncınƏyyamımı siyah etdin ağlaram
Mən fağırın xətirinə dəyibdiZinzal dərəsində suyun üstündə,Bir fahişə mən fağıra söyüfdü.
BaxBizi yoxdan var eləyən ol şahi-dildara bax,Abı,ataş,xaki, baddan xəlq olunan insana bax,