Salubdı indi nəzərdən, gedüb, o yar məni
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Salubdı indi nəzərdən, gedüb, o yar məni,Edübdi möhnətü dərdi-ğəmə düçar məni.
Fəğanü nalə yükin çəkmək ilə gün keçdi,Bəla qətarınə çərx etdi sərqətar məni.
Bəla xədənginə olmış nişan dili-zarım,Nedüm ki, eylədi səyyadi-ğəm şikar məni.
Fəğan ilə ətəgin dutdum ol turş ruyin ,Cəfadə söylədi: «Yan get ki, od dutar məni!»
Bu fikr yordı məni ahu seyd edənlər tək,O ahu gözlü görəndə nədən qaçar məni?
Hara gedüm, nə qılum-eyliyüm, nədür çarə?Bu zalım indi beylə öldürür figar məni.
Nə söz dedim, görəsən, dəgdi qəlbinə, ya Rəbb?Küsübdi, indi beylə dindiməz nigar məni?
Qaşındən özgə əgər qiblə dutsəm aləmdə,Görim ki, eylər sədparə Zülfiqar məni.
Gecə səbahə kimi yoxdı taqətü tabım,Gətürdi təngə, Xudaya, bu ahü zar məni.
Əsiri-xəstədil oldım bu möhnətü ğəm ara,Əcəl yetişdi, gəleydi-göreydi yar məni.
Məqtə — şairin təxəllüsü olan son beyt. Nə etmişəm, Qəradaği, bu qədər yar beyləRəqiblər nəzərində dutubdı xar məni?!
Kitabxana.az · https://kitabxana.az/works/hasenali-xan-qaradagi-salubdi-indi-nezerden-gedub-o-yar-meni
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ol kəs ki, məni öldidi, indi beylə getdi,Qan ilə xizab əlləri, şəmşir ilə getdi.
Qəmginsən nədətı? Söylə, dildar bircə gülQəmginsən nədətı? Söylə, dildar bircə gül,Yetmiş bahar, bir de, danış, yar, bircə gül.
Ruzi-əvvəl bilməzəm kim necə qismətdir banaRuzi-əvvəl bilməzəm kim necə qismətdir bana,Gecələr göz xabə uymaz, ah adətdir bana.
Tərəhhəm li, təkəlləm, ya ğəzaləTərəhhəm li, təkəlləm, ya ğəzalə,Ucaltma çərxə buncə ahü nalə.
Başqa şairlərin şeirləri · Eşq
رخش ایمان دلش از کفر زلفش کفر بر ایمان
Məlahət gülşənində bir güli-həmrayə həsbəndəmMəlahət gülşənində bir güli-həmrayə həsbəndəm,Fəsahət kişvərində bülbüli-şeydayə həsbəndəm,
GedərGuşə-guşə yanıb nara yaxıldım,Cismim od atəşə qalanıb gedər.
Sevirəm, axıAy gözəl bacı,Başımın tacı.