Taprmışam könlümü mən, türreyi-cananda imiş,Ah, cəmiyyəti-dil zülfü-pərişanda imiş.

Nəzər et zülfü-ruxi-yarə ki, bir cənnətdir,Laləvü sünbülü reyhan bu gülüstanda imiş.

Nitq şirinliyi ancaq o şəkər ləbdə əyan,Kəbk rəfları tək ol sərvü xuramanda imiş.

Vədeyi-vəsl hara, söhbəti-hicran demə kim,Ləzzəti sübhi-visalın şəbi hicranda imiş.

Yox imiş hiç tərəfdə sifəti-elmü kamal,Ədəbü elmü kamal aləmi ürfanda imiş.

Gördüm ol mah liqa hüsıüni, fəhm etdim kimŞövkətü şənü şərəf-cümləsı insanda imiş.

Məqtə — şairin təxəllüsü olan son beyt. Surəyi-Yusifə get diqqət ilə eylə nəzər,Yusifa, eşqü məhəbbət sözü Quranda imiş.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq