Nolaydı bəzmimə ol gülüzar bir də gələ,Şükufələr açılıb, novbahar bir də gələ.

İyadət etdi, məni-nimcan şəfa tapdı,Nola iyadətimə ol nigar bir də gələ.

Xədəngü tiğü sinanü kəmənd ilə ol şux,Əlində qətlim üçün hər çəhar bir də gələ.

İçə şərabı o ruhi-rəvan, ola məxmur,O məst gözlərə tazə xumar bir də gələ.

Nola bahar gəlib açılaydı bağdə gül,Bu bağə bülbüli-biixtiyar bir də gələ.

Nihani qəmzələri canım aşikar aldı,Nolur o gənci-nihan aşikar bir də gələ.

Məqtə — şairin təxəllüsü olan son beyt. Sirişki-çeşm töküb ağla yar üçün, Seyyid,Bu arxa su gəlib, ümmid var bir də gələ.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq