Müjdə verdilər ki, mənə el oğlu,Yarın gör nə işvə, naz ilə gəlir.Gah yeriyir, gah da dönüb boylanır,Xumar, xallı ala göz ilə gəlir.

Dərdi deyim hansı qardaş, bacıya,Yanan tüstüm qalxır mənim bacaya.Yarım baxmaz nə cavana, qocaya,Vardır ürəyində söz ilə gəlir.

Əfqan aşiqindir, nəzər sal ona,Qulac qollarını dola boynuna.Gölündən ayrılmış yaşılbaş sona,İtirib ördəyi qaz ilə gəlir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq