Oyan baxtım, nə yatmısan bixəbər,Bax belə yerlərdən yaz gəlib gedir.Göllər üstə seyrə çıxmış sonalarQatarlaşıb quba-qaz gəlib gedir.

Qarışıbdır bir-birinə qoyun, mal,Köç yeriyir tozlu yolla dalbadal,A bu dünya, görüm səni viran qal,Səndən üzü gülən az gəlib gedir.

Pristav da Xan bulağı qoruyur,Divan kəsir, haqq-nahaqq yarıyır.Coban Əfqan bu zülmətdə qarıyır,Kim deyir ömrümüz saz gəlib gedir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri