Nazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,Onu görüb əfğan eylərBağda bülbüllərin sənin

Qurban olayım elinə,Yetmədim əsl fe'linə,Tökülmüş nazik belinəSona tək tellərin sənin

Aşiqlərini zar eylər,Qəm əlində həm xar eylər,Şəkər kimi güftar eylərTuti tək dillərin sənin

Xəstə sim çün düzməkdən,Bəhri-hicranın üzməkdən,Olubdur bağrım əzməkdən,Lalə rəng əllərin sənin

Əlindən gəlmişəm zarə,Siyah mərdümləri qarə,Saili qoydu avarəAğ üzdə xalların sənin

Təsadüfi şeir

Başqa şairlərin şeirləri · Təbiət və bahar