Gəlin, dostlar, gəlin şadlıq eyləyək,Bu dövrandı, mən dediyim bu dövran!Hər kəs əməyini öyüb dolansın,Bu dövrandı, mən dediyim bu dövran!

Haraya gedirsən azaddır səsin,Daha boğazında qalmır nəfəsin,Bir dillə söyləyək: Lenin yaşasın,Bu dövrandı, mən dediyim bu dövran!

İnsan çox qırıldı, çox töküldü qan,Axır üzümüzə güldü bu dövran,Deyin indən belə susarmı Əfqan,Bu dövrandı, mən dediyim bu dövran!1920-ci il

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale