Əmimoğlu, bu naməni unutma,Yaman artıb kef-damağı dağların.Gün altında parıldayır çiçəklər,Lalələrdir şöy çırağı dağların.

Ağamla etmişdim, Dilcana səfər,Mən piyada, ağam minmişdi kəhər.O qədər axmışdı üz-gözümdən tər,Nəm olmuşdu yol qırağı dağların.

Mən dala qalanda acıqlanırdı,Nə tərimi görüb bir utanırdı,Nə də bu Əfqanı insan sanırdı,Dağılsın qoy belə çağı, dağların.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar