Gözləriniz aydın olsun,Gəlibdi yarın kağızı.Bülbül uçar yuvasından,Gəldi nigarın kağızı.

İnciməsin gülü xəndan,Gələr günlər, keçər sandan,Can ayrılır cananından,Gəldi qubarın kağızı.

Valeh ağlar yana-yana.Səfər edər Dağıstana.Çağırır cəngə-meydana,O Zərnigarın kağızı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq