Ay ana, bu cüt sonanınHansına qurban mən olum?Süzgün baxıb can alanınHansına qurban mən olum?

Könül bağladım bir ada,Dərd tapdım həddən ziyada,Hər ikisi mələkzada,Hansına qurban mən olum?

Cüt baxışlı, nazlı xanım,Xoş avazlı mehribanım,Valeh deyər: var bir canım,Hansına qurban mən olum?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri