Eşit sözlərimi, əziz qardaşım:Çarəsiz xəstəyə dərman şirindir.Nə şöhrət istərəm, nə var, nə dövlət,Səadət nəğməli bir nan şirindir.

Çoxdur mərd igidi, nazlı afəti,Baş tutar şairi, sevir sənəti.Tükənməz dastanı, sözü, söhbəti,Göyçənin ləhcəsi yaman şirindir.

Xəyalım enməmiş asimanından,Doyunca içərəm namərd qanından,Xəstə Bayraməli keçər canından,Gəl bizim ellərə, mehman şirindir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri