Ağasının yolun gözləyən qardaş,İtlər yemək üçün yaldan danışaq.Götür çörək bişir itin unundan,Sonra getdiyimiz yoldan danışaq.

Onun nə vecinə biz qalmışıq ac,Nökər ağasına olacaq möhtac.Tavamız paxırdır, deşilibdi sac,Ağamızda olan puldan danışaq.

Bacarmırıq kəsib yeyək bir qoyun,Ağa başımıza gətirər oyun.Çoban Əfqan nə vaxt olacaq toyun,Səntək ölüm gəzən quldan danışaq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri