Naz et
Ey rəhmli canan, elemə ülfəte adət,Nazınla vüqarın verər ətvarına zinət,Bihudə gülümsünmə, vüsalında nə ləzzət,Sıx qəlbimi, yansın ciyərim, qanımı qəynət,Cövrünlə dəri-sirri-nihanı mənə baz et!Naz et mənə, ey sevgili yarım, mənə naz et!Gər olmaya dövründə gülün xari-dilənduz,Gər mümkün ola bülbül üçün vəsl şəbü ruz,Nə bülbül olur dəhrdə, nə nəğmeyi-cansuz,Qoyma ki, cəmalın ola üşşaqına dilduz,Hicrində məxatib səbəbi-talei-biruz,Təlimimi, təhsilimi, ey şux, diraz et!Naz et mənə, ey sevgili yarım, mənə naz et!Mahiyyətin əsrin nə bilir mərdümi-məsud,Məsud olanın hər diləyi kəndinə mövcud,Şeri, qəzəli, musiqisi, qəlbi qəmalud,Onlar da sanır hər üçünü kəndinə məbud.Qoyma, gözəlim, mən olayım heykəli-bisud,Mən əhli-qinayəm, məni yıx, əhli-niyaz et!Naz et mənə, ey sevgili yarım, mənə naz et!Hicranı sevən görməsin ömründə vüsali,Firqətlə yanan yalnız olur mətləbə hali,Təzyiqdədir fəzl, hünər, rəncü məlali,Məsud mənə, dilbər, o rəbbanı cəmali,Dindirmə məni, qeyriləri məhrəmi-raz etNaz et mənə, ey sevgili yarım, mənə naz et!İnsanlar hamı görmədiyi aləmin istər,Sağlam ürəyin xəstə satıb, mərhəmin istər,Nəfsi, həvəsiyçin səni yox, həmdəmin istər,Hər kəs özün istər, deyərəm xoş dəmin istər,Mən istəmərəm vəslini, könlüm qəmin istər,Mən söyləmərəm çövrü, cəfanı mənə az et!Naz et mənə, ey sevgili yarım, mənə naz et!Eşqdir əzəldən yaradan kövnü məkani,Dünya denilən əski binayə odu, bani,Kibrində, qümrunda rümuzati-məani,Şairlərə cövrün veriyor təbi-rəvani,Mənsurun, əya, tanrısı, ey sevgili cani,Yax qəlbimi hicranın ilə, təbimi saz et!Naz et mənə, ey sevgili yarım, mənə naz et!
Kitabxana.az · https://kitabxana.az/works/semed-mensur-naz-et
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən dedim: “Rəng!” Yenə rəngi-mükərrər, deyirəm,Rəngidir ərzü səma, bərzəxü məhşər, deyirəm.
Səni mən sevməyirəm, sevməyirəmBir zaman millətimiz alim idi,Bilmirəm noldu ki, yatdı əbədi.
İki aşığın deyişməsiQoca aşıq**Cavan aşıq bir qulaq ver amandır,
Bacıoğlunun dayıya ərizəsiAy dayı, gəl bölüşək hər nə ki var vəlvələsiz,Mən cəsarətsiz uşaq, sən kələmərd, hövsələsiz.
Başqa şairlərin şeirləri · Eşq
Leylinin ərə getməsindən Məcnunun xəbər tutmasıBağdad ellərinin söz yaradanı
Bu yerlərBu məkanda müşk-ənbər buyu var,Qara gözlüm gəzən yerdir bu yerlər,
Naləvü-əfğan eyləDəli könül, qalx ayağa, məclisi alşan eylə.Bülbül kimi gül eşqinə naləvü-əfğan eylə.
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,