Bacıoğlunun dayıya ərizəsi
Ay dayı, gəl bölüşək hər nə ki var vəlvələsiz,Mən cəsarətsiz uşaq, sən kələmərd, hövsələsiz.Yer mənim, lehmə mənim, vışka mənim, neft sənin,Beləliklə, düzələr müşkül işi hər kəsənin.Mənim olsun suları, çayları bu dəryanın,Balığı, ikrası olsun a dayı, qurbanın.Muğanın çölləri, səhrası mənim, arxı mənim,Pambığı al sənin olsun, kim olar söz deyənim.O dəmir yollarının altı mənim, üstü sənin.Yük vaqonları, klaslar, paravoz, tüstü sənin.Varidatı sənin olsun, buna yoxdur sözümüz.Poçtu da, gömrükü də al, veririk lap özümüzQoy Böyük şor duzu qalsın bizə bozbaş yeməyə,Dilimiz olsun Azərbaycana bir söz deməyə.Nə qədər misü-dəmir var, sənin olsun, nə sözüm!Nə dənizdə, nə qıraqda əbəda yoxdu gözüm!Əmri-fərman sənin olsun, onun icrası mənim,Hər şeyin nəfi sənin, davası, qovğası mənim.Can dayı, səndən ufaq bir diləyim var mənim.Mən ölüm sanma ki, başqa kələyim var mənim.Mənə bir avtomobil, bir gözəl ev, bir kabinet,Ver ki, daim eləyim əmrinə qul tək xidmət.Bizim el qorxma yatıbdır, yeri rahatdır onaOna gəl dəyməyinən, bir yekə minnətdir ona.
Kitabxana.az · https://kitabxana.az/works/semed-mensur-bacioglunun-dayiya-erizesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən dedim: “Rəng!” Yenə rəngi-mükərrər, deyirəm,Rəngidir ərzü səma, bərzəxü məhşər, deyirəm.
Səni mən sevməyirəm, sevməyirəmBir zaman millətimiz alim idi,Bilmirəm noldu ki, yatdı əbədi.
Naz etEy rəhmli canan, elemə ülfəte adət,Nazınla vüqarın verər ətvarına zinət,
İki aşığın deyişməsiQoca aşıq**Cavan aşıq bir qulaq ver amandır,
Başqa şairlərin şeirləri
Nolardı məclisimiz bir dəqiqə xəlvət olaydı,Deyib danışmağa cananilən fərağət olaydı.
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Seyrangahı oldu küləyin bağ, gülüstanOldu Tibetin mişki ilə bağ şəbistan.