Qoca aşıqCavan aşıq bir qulaq ver amandır,Səndən somşmah neçə sözüm var.Düşünməsən, onda halın yamandır,Alaram sazını, onda gözüm var.CavabSözlərini somş, qorxutma məni,Söz bilməsəm ortalığa girmərəm.Cavanhğım aldatmasın heç səni,Cavabın verərəm, sazı vermərəm.Qoca aşıq° R|mdir ki, qan ağlayır qəminden?° J^İ^dir ki, heç düşməyir dəmindənO kimdir ki, ayrılıb həmdəmindənBuna cavab verən aşıq var olsun!Cavab° kəndlidir qan ağlayır qəmindən,Ispalkomdur heç düşməyir dəmindən,O Çagindir ayrılıb həmdəmindənSöz soran aşığa allah yar olsun!Qoca aşıqO nədir ki, surətləri soldurur?O nədir ki, cibişdanı doldurur?O nədir ki, toyuqlan güldürür?Buna cavab verən aşıq var olsun!CavabO ÇEKA-dır surətləri soldurur,O rüşvətdir cibişdanı doldurur.Təriflərdir toyuqlan güldürür,Söz soran aşığa allah yar olsun.Qoca aşıqO nədir ki, qazan kimi qaynayır,O kimdir ki, dil-dodağm çeynəyir,O kimdir ki, heç bilməyir neyləyir?Buna cavab verən aşıq var olsun!Cavabİnqilabdır qazan kimi qaynayır,DcvletUdir dil-dodağın çeynəyir,Narkomlardır heç bilməyir neyləyir,Söz soran aşığa allah yar olsun.Qoca aşıqO kimdir k.i, alov yağır gözündən?O kimdir ki, məna çıxmır sözündən?O kimdir ki, qorxar özü-özündəuBuna cavab verən aşıq var olsun.CavabMirzoyandır aiov yağ«r gözündən,Mirbəşirdir məna çıxmaz sözündən,Qəzənfərdir qorxar özü-özünoənSöz soran aşığa allah yar olsun.Qoca aşıqO kimdir ki, aran .bilməz, qış bilrnəz?O kimdıı ki, pul qazanar, iş bilmə.z?O Kimoır ki, aylarla bışnıiş bıiməz"?Buna cavab verən aşıq var olsun.CavabO fəhlədir, aran bilməz, qış bilməz,Dövlətlidir pul qazanar, iş bilməz,O kəndlidir, aylarla bişmiş bilməz,Söz soran aşığa allah yar olsun.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri