O qatar nə qatardı
O qatar nə qatardı:Canı candan qopardı,Sizi aldı apardı,Gözdə göz yaşı qaldı.
Bu gecə nə gecəydi,Həsrəti məni əydi.Sinəmə bir ox dəydi,Üzdə göz yaşı qaldı.
Bu necə ayrılıqdıKönül mülkümü yıxdı.Qarşıya hicran çıxdı,Sözdə göz yaşı qaldı.
Gəldiniz, siz gedəndəDuydum, qəribəm mən də,Elə sandım sinəmdəBir həsrət daşı qaldı.
Ürək görüş eşqindəGörüşdük bir xoş gündə,Getdiniz, od içindəBir simurq quşu qaldı.
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-o-qatar-ne-qatardi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Nə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.
Qəlbimtək tutqundur payız səmasıQəlbimtək tutqundur payız səması,Axır gözlərimdən yaş gilə-gilə,
ƏmanətQurban ollam ala gözlü yara mən,Mən gedirəm, sən Allaha əmanət.
Könül, əbəs yerə üzmə canınıKönül, əbəs yerə üzmə canını,Xubların əhdində olmaz vəfası.