Hər bir mübarək işdəTəfəkkür də yaraşır,Sifətinə gülüş də.

Gülüş günəş rəmzidirO, buludu parçalar.İnsanların qəlbiniNura-işığa calar.

Təfəkkür axtarışdır –İnsan səadətinəNurlu yol axtarışı.Zülmətlərə yol açarTəfəkkürü işıqlıBir oğul axtarışı.

Xalqa oğul olmaqsaElə asan iş deyil.Xalq sevgisi, qayğısıSadə göstəriş deyil.

Xalq öz varisləriniÇətində, darda sınar.Sınaqlarda qazanarBu şərəfi oğullar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən