Məzarını itirdik
Aşıq Alı, məzarını itirdik,Zalım qonşu qəbirləri düzlədi.Nə bir ovuc ordan torpaq götürdük,Nə dərdimiz qələmlədi, sözlədi...
Aşıq Alı, məzarını itirdik,Ələsgərin sümüklərin gətirdik.Ver dedilər, “qardaş” deyib ötürdük,Yaman “qardaş” yaman fürsət gözlədi.
Hara yazaq köçkünlərin sayını,Necə keçək biz göz yaşı çayını?Cavanların yaslı etdik toyunu,Qonşu bizi astarladı, üzlədi.
Hara qaçaq yamanların əlindən,Bu ahların, amanların əlindən?Aşıq Alı, ayrı düşdün elindən,Məzarını xain əllər düzlədi,Ey insanlar! Şər xeyiri izlədi.
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-mezarini-itirdik
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Ölüm
A beymürvət, mən ha səndən ötəri,Düşmüşəm çöllərə, sayılam indi.
Ankarada Məmməd Əmin Rəsulzadənin məzarıDaş üstə yazı: “İnsanlara hürriyyət, millətlərə*istiqlal!”. Son nəfəsində o üç dəfə “Azərbaycan!”*
Nə deyimQadir Allah, sənsən mənim pənahım,Qanlı leşkər hücum etsə, nə deyim?
ZirehBu bağda çiçəklər açardı,Yerinə şəhid məzarları əkilib.