Bu bağda çiçəklər açardı,Yerinə şəhid məzarları əkilib.Və məzarlardan üzlər göyərib, –Cavan üzlər çiçək-çiçək...Ana fəryadına dikələn daşlarRişə-rişə bu torpağı bürüyəcək.Daşdan zireh geyəcək Vətən,Bu müqəddəs zirehdə sıxılmaz canım.Bu müqəddəs zirehdəDüşmən qorxusunu unudacaqElim, obam, Azərbaycanım.

13.II.1993

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar