Daş
Bir gün uçub töküləcəkBaşımıza göyün daşı.Nəfsi dağdan ağırlaraDeyəcəklər yeyin daşı!
Daş qədəhlər içilirsə,Çörək daşla ölçülürsə,Məzar daşdan biçilirsəDiriykən də geyin daşı.
Yaşadıqca daş hasarlarÜmidim daşa sarılar,
Ay köksündən daş asanlar,Yumşaqdısa döyün daşı.
Sapand daşı mənə yetər,Bu nöqtəylə nağıl bitər,Qardaş var ki daşdan betər,Öyün, qardaş, öyün daşı!
Üstələsə qara ağı,Qaralsa haqqın ocağı,Qorxutmaz gədənin dağıÇox ağırdı bəyin daşı.
Xəzinə ver, quruş almaz,Bu daş baltası korlaşmaz,Əcəl yığar yer boşalmaz,Nə çox imiş çayın daşı?!
22.XII.1994
Kitabxana.az · https://kitabxana.az/works/sabir-rustemxanli-das
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Saldı ol qönçə dəhanın məni sevdaya gəlin,Necə ki gül yanağı bülbülü qovğaya gəlin,
Gəraylı: Yeri get, ey kafir qızıYeri get, ey kafir qızıƏyninə gey, al qırmızı
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,