Yatmış vicdanlar
Hardan gəlir bu zəhər,bu nifrət hardan yağır,Torpaq necə bəsləyirbu ilan-çayanları,Gülüstan vətənimi cəhənnəmə döndərən,Didərgin ruhumuzu hər gün talayanları...Allah, dözə bilmirəm, al məni, apar məni,Yaşat şərə sevinib,zülmə ulayanlarıUca başlar kəsilir, düz əllərlə bərabər,Sevirlər boyun əyib, kandar yalayanları...Vecsiz vücudlarını saraylarda bəsləyib,Yetimlərin mülkündən ocaq qalayanları.Cənab Əzrayılın da dəyişilib iştahı,Çirkli qanları qoyub sorur təmiz qanları.Hansı haray, qışqırıq, göz yaşı edər kömək,Hansı söz silkələyər bu yatmış vicdanları!..
Kitabxana.az · https://kitabxana.az/works/sabir-rustemxanli-yatmis-vicdanlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir