Yoxuşa doğru
Bir günün altında günümüz ayrı,Bir qəm harayında ünümüz ayrı,Qoşa addımlarıq, yönümüz ayrı:Sən bahara doğru, mən qışa doğru.
Ürək axtarışda, ömür-gün yarı,Bitmədi taleyin dolanbacları,Başına döysə də su qırmacları,Çiçəklər əl açar yağışa doğru.
Daha mən atayam, sən ana, bilək,Ağrılar qalıbmış sona, nə bilək?!Bu son imtahanda sınana biləkAğzımız dirənib yoxuşa doğru...
27.VII.1979
Kitabxana.az · https://kitabxana.az/works/sabir-rustemxanli-yoxusa-dogru
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa bir yolum qalmır-varıb, çıxıb getməkdən,Düşmənlərin yerinə dostları göynətməkdən.
SoyuyurDostlar süfrəsində soyuyur sözlər,Qaynar qazanlarda xörək soyuyur.
ÇıxırXırda gölməçəni xırda burulğanQaldırır, astarı üzünə çıxır.
Bu millət ölməyi bacarır hələŞərə meydan açan bir söz üstündə,Könlü şüşələnmiş bir qız üstündə,