Soyuyur
Dostlar süfrəsində soyuyur sözlər,Qaynar qazanlarda xörək soyuyur.Lap elə təndirlərdən qızarmış gələHalal kəsilməyən çörək soyuyur.
Gedib ürəyini günəşə yapa,Gedib taleyini işıqdan qapa,Qızmar səhraları dördnala çapaTənha zirvələrdə külək soyuyur.
Verilib insana ürək də, baş da,Özünü qorusun ürəksiz başdan,O qədər yorulub qanlı savaşdan,Bəşər qızışanda mələk soyuyur.
Hər çiçək gözündə bir insan qanıHər insan gözündə bir gül dastanı,Gülzarda Tanrıdan od alıb yanır,Məzarlar üstündə çiçək soyuyur.
Özü həm əkinçi, həm də torpaqdı,Ümiddən su içib yaşayacaqdı,Vətən yüyürəndə ürək bayraqdı,Vətən əriyəndə ürək soyuyur.
Kitabxana.az · https://kitabxana.az/works/sabir-rustemxanli-soyuyur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bən bir güldüm, açılmadan budağımdan dərdilər,Yaşıl ikən yarpaqlarım əldən-ələ verdilər,
MənEy gül, rəhmin kəsmə məndən,Valehü heyranınam mən.
ŞəltükQutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.
BirAbı çeşmin göllərdə sona da bir, qaz da bir,Süsən sünbül, mor bənövşə, bülbül ötər yazda bir.